Əlaqə Arxiv
news Image
2012.07.04
13:54
| A A A
Niyam Salami “Subaylıq - Sultanlıq”dır oxudu - Video
Movqe.Az xəbər verir ki, müğənni yay hitini təqdim etdi.

Movqe.Az xəbər verir ki, son günlər yaradıcılığı üzərində dayanmadan işləyən müğənni Niyam Salami yenidən pərəstişkarlarını sevindirdi. Bu dəfə o, bu yayın hiti adına tam namizəd olan bir mahnı təqdim etdi. Sözləri Ülviyyə Alovluya, musiqisi Rəhim Rəhimliyə aid mahnının adı "Subaylıq - Sultanlıq"dır. 

""Subaylıq - Sultanlıq" mahnısına yazdığım sözləri musiqinin ritminə uyğun olaraq şən əhval-ruhiyyədə  görmək istədim. Amma bununla bahəm mövzunun da aktual olmağı vacib idi. Ona görə də, mövzu "subaylıq" oldu. Bu mahnı - həm sevib evlənə bilməyənlərin, həm də ümumiyyətlə, sevgisi nakam qalanların təsəlli mahnısıdır.

Hər ayrılıq bir başlanğıcdır - deyirlər, nakam sevgiyə görə ölməyə dəyməz. Subaylıq – sultanlıqdır və mümkün qədər bunu doyunca yaşamaq lazımdır. Hər kəsin öz bəxti var, nə vaxtsa gəlib çıxar" – deyə, şairə Ülviyyə Alovlu gülərək açıqlama verdi.

Tezliklə klipi də çəkiləcək "Subaylıq - Sultanlıq" mahnısını ilk olaraq Movqe.Az oxucularına təqdim edirik: 

 

Sizin Reklam Yeriniz