"Canım mənim, sənin axırına çıxacağam!"- eks həyat yoldaşına
Müğənni Kərim Abbasov eks həyat yoldaşı prodüsser Təranə Səmədovanı
məhkəməyə verib. Mövqe.az xəbər verir ki, məhkəmə işi hələ də davam
edir. Ancaq K. Abbasov artıq qalib olacağına əmindir: "Tam
əminliklə deyirəm ki, mən işdə qalibəm. Ona görə ki, mən heç kimin
şərəf ləyaqətimə, qüruruna toxunmamışam. Kimsə də mənim şərəf
ləyaqətimə, qüruruma toxunubsa, o cəzasını alacaq. Lazım olsa
Avropa məhkəməsinə qədər iş davam edəcək. Canım mənim, mən sənin
axırına çıxacağam. O, məndən üzr istəsə bağışlayaram. Getsin işi
ilə məşğul olsun. Lazım olsa lap ona cəza da ayrılacaq. Mənim
mənəvi təzminatımın qiyməti yoxdu. Mənim qiymətim yoxdu. Mən
qiymətsizəm. Mənə əsas o lazımdır ki, insan övladı səhvini anlasın
və üzr istəsin. Və istəyəcək də...".