Əlaqə Arxiv
news Image
2014.06.24
19:30
| A A A
"Ağzının danışığını bil" - Qalmaqal
Uzun müddətdir ki, ekranlarda görünməyən Qədir Qızılsəs ötən gün "Space" telekanalının "Sevimli Şou" verilişinin qonağı olub.

Veriliş ərzində öz mahnılarını ifa edən Qədir Qızılsəs və lənkəranlı müğənni Cavad arasında dava düşüb.

Müğənni Cavad verilişə gələndə hər kəslə görüşsə də, Qədir Qızılsəslə salamlaşmayıb. Elə bu hörmətsizlik üstündə iki müğənni arasında mübahisə yaranıb.

Qədir Qızılsəs Cavada hərəkətinin düzgün olmadığını söyləsə də , Cavad növbəti dəfə Qızılsəsi əsəbləşdirərək ona "Sən mənim mahnılarımdan bəhrələnib ifa edirsən"-söyləyib.

Əsəblərini cilovlaya bilməyən Qızılsəs Cavadı sərt şəkildə tənqid edib.

Ona bu günə qədər heç bir uğurunun olmadığını və daima fars mahnıları oxuyaraq özünü müğənnii hesab etdiyini söyləyib.

Qızılsəs Cavadı verilişdən sonra təkbətək bu mövzu ətrafında danışmağa çağırıb.

Aparıcı Mikayıl isə müğənniləri sakitləşdirərək verilişə davam edib. (SHOW.AZ)

Sizin Reklam Yeriniz