Əlaqə Arxiv
news Image
2014.06.30
15:13
| A A A
Mətanət İsgəndərlinin jurnalistlərlə məhkəməsində QALMAQAL

Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış müğənni Mətanət İsgəndərovanın AzNews.az xəbər saytının baş redaktoru Elchin Zahiroglu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.


Aktual.az xəbər verir ki, prosesdə Axar.az saytının baş redaktoru Anar Niftəliyev çıxış üçün məhkəmədən söz istəyib. Hakim jurnalistə söz verməyərək, onu zaldan çıxarılacağı ilə hədələyib. Anar Niftəliyev hakimin bu davranışına etiraz olaraq məhkəmə zalını özü tərk edib. 


Məhkəmədə iştirak edən jurnalistlər bildirir ki, hakim prosesdə Aznews.az-ın rəhbərinə qarşı qərəzli olub. O, adı vaxtilə Hacı Məmmədov və Elşad Abdullayev olaylarında hallanan Mətanət İsgəndərlini müdafiə edərək, jurnalistlərin vəkilinə xəbərdarlıq edib. Hakim həmçinin M.İsgəndərlinin məhkəmə prosedini pozan hərəkətlərinə də göz yumub. 


Xatırladaq ki, M.İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb AzNews.az saytında barəsində gedən yazıdakı "narkoman" ifadəsidir.

Sizin Reklam Yeriniz