Əlaqə Arxiv
news Image
2014.06.30
19:00
| A A A
“Camaat çörəyi qulağına yemir” - Nisə Qasımova

Xalq artisti Nisə Qasımova şou-biznesdə olan qalmaqallardan danışıb.

 

Movqe.az-ın lent.az-a istinadən məlumatına görə müğənni bildirib ki, şou əhlinin bir çoxu süni qalmaqallar sayəsində gündəmdə olur: 


"Şou-biznesdə məni qane etməyən bir çox nüanslar var. Bu aləmdə mənə bir çox şeyləri anlaya bilmirəm. Bir çoxları qalmaqal edir. Amma həmin qalmaqalı izlədiyimiz zaman süni olduğunu görürük. Hətta qurulan səhnələr, danışıqlar, hərəkətlərdə sünidir. Mən bu qeyri-səmimiliyi anlaya bilirəm. İllərdir Azərbaycan musiqi sənətinə xidmət edirəm. Məni aldatmaq olmaz. Camaat çörəyi qulağına yemir. Bunu bir çox müğənnilər bilsə, yaxşı olar".

 

N.Qasımova daha sonra yaradıcılığındakı yeniliklər barəsində məlumat verib:

 

"Bu günə qədər bir çox gənc və korifey bəstəkarların bəstələrini ifa etmişəm. Ənənəmə sadiqəm. Yeni mahnılar yazdırmışam. Hazırda mənim səs yazma studiyamda təmir işləri gedir. Həm avadanlıq, həm də dizayn baxımından dəyişikliklər olacaq. Çünki müasir dövrün öz tələbləri, öz texnikası var. Mən də zamanla ayaqlaşmağa çalışan bir ifaçıyam. İstəmirəm ki, geridə qalım. İnşallah bundan sonra yazılacaq mahnılarımda yeni texnikanın əməyini hiss ediləcək".

Sizin Reklam Yeriniz