Əlaqə Arxiv
news Image
2014.07.01
11:44
| A A A
Sevinc yayı belə qarşıladı - VİDEO - FOTO

Müğənni Sevinc Musayeva bir müddətdir gizli saxladığı layihəsini nəhayət ki, tamamladı. 2 aydır Ukraynanın məşhur leybllarindan biri ilə əməkdaşlığa başlayan müğənni Ukraynalı bəstəkardan "Leto" mahnısını oxuyub. Mövqe.az xəbər verir ki, mahnı Ukraynada aranjeman olunub, studiya işləri də orda həyata keçirilib. Mahnnın sözləri rus dilində olsa da, ora Bakı sözünü əlavə olunub. Müğənni Azərbaycan dinləyiciləri üçün mahnını öz dilimizdə də ifa edəcək.


Sevinc mahnını bu dəfə fərqli formada, dəniz kənarındakı yeni fotosessiyası ilə təqdim edib. Mahnı artıq Sevinc Musayevanın "Youtube" kanalı və KİV vasitəsilə dinləyicilərin ixtiyarına verilib.


Müğənninin Ukrayna musiqi aləmi ilə əlaqələndiricisinin bizim yerli məşhurlardan biri olduğu deyilsə də, onun kimliyi sirr saxlanılır. Mahnının Ukraynada da tanıdılması üçün işlər görüləcək. Müğənni bu mahnının sadəcə başlanğıc olduğunu və uğurlu olarsa, Ukrayna ilə layihələrin davam etdiriləcəyini bildirib. Layihənin müəllifi və məbləği də açıqlanmır. S.Musayeva bu layihədə əsas məqsədinin yaradıcılığının daha yeni mərhələsinə qədəm qoyması ilə əlaqələndirdi.









Sizin Reklam Yeriniz