Müğənni Rəqsanə İsmayılova 6 il bundan əvvəl
"Ulduz D" aviaşirkətindən bilet alıb. Şirkətin əməkdaşı Rəna
Babayeva iddia edir ki, bu miqdar hələ də ödənilməyib: " Təsəvvür
edin, Rəqsanə 6 ildir ki, borcludur. Nə qədər müraciət etsəm də, o
pulu ödəməkdən və telefonlarıma cavab verməkdən qaçındı. Düz bir
ildir ki, dələduzluq faktına görə Bakı Şəhər Baş polis İdarəsinə
müraciət etmişəm. Artıq ikinci ilə keçir, müstəntiq Vüqar İsmayılov
hələ də "bu gün-sabah" deyir… İstintaq bu qədər davam edə bilər?
Rəqsanə 930 manat mənə pul borcludur. O pulu tələb
edirəm".
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi
Qalib Arif Aktual.az-a açıqlamasında məsələ ilə bağlı iki cümlə
deyib: "Bu işlə bağlı istintaq hələ davam edir. Yekunlaşdıqdan
sonra ictimaiyyətə əlavə məlumat veriləcək". aktual.az