Əlaqə Arxiv
news Image
2014.07.01
12:02
| A A A
Prezidentin bəyəndiyi müğənni oğurluqda günahkar bilinir !

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin diqqətini çəkən gənc müğənni Teymur Qədirova qarşı xoşagəlməz hadisə baş verib.

Mövqe.az xəbər verir ki, müğənninin ifa etdiyi "I love you" ("Mən səni sevirəm") mahnısına çəkdirdi klipini Youtube-da yayımlanmasına iki ölkə müdaxilə edib: Türkiyə və Rusiya.

T.Qədirov həmin ölkələrin klipin yayımlanmasına müdaxiləsini eyni ssenari görə çəkilməsiylə əsaslandırıb:

"Klipi bir neçə dəfə fərqli adlarla Youtube-a yerləşdirdim, amma ya Rusiya, ya da Türkiyə internet istifadəçiləri buna icazə vermədilər. Onlar müdaxiləyə səbəbə kimi klipin təkrar ssenariyə görə ittiham edirdilər. Qeyd edim ki, klipin ssenarisi dünyanın bir çox ölkələrinin müğənnilərinin kliplərində istifadə olunub. Nəhayət digər bir adla klipi Youtube-da yerləşdirdiyim vaxtdan etibarən ümumiyyətlə müdaxilə olmayıb."

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Bakıda səfərdə olan Mixail Saakaşvili paytaxt restoranların birində qonaq olarkən çıxış edən T.Qədirovun ifasını bəyəndiyini və onu Gürcüstana dəvət etdiyini bildirib.

"I love you" ("Mən səni sevirəm") klipini təqdim edirik.



Sizin Reklam Yeriniz