Əlaqə Arxiv
news Image
2014.07.01
19:06
| A A A
"Kişidən gül iyi gələndə zəhləm gedir" - açıqlama gəldi

ATV-də yayımlanan "Onlar" maqazin verilişinin aparıcısı Afaq Gəncəli haqqında yazılan  "Kişidən gül iyi gələndə zəhləm gedir" başlıqlı yazılara etiraz edib.

Axşam.az-ın məlumatına görə, bərk əsəbləşən aparıcı fikirlərinin təhrif olunduğunu deyib:


"Mənə sual verdilər ki, kişilərdə hansı qoxulu ətirləri sevirsiniz. Dedim ki, gül iyi verən ətirləri xoşlamıram, tünd qoxuları bəyənirəm. Bunu təhrif edərək "Afaq gül iyi verən kişiləri xoşlamır" adı ilə yayıblar. Mən elə söz deməmişəm. Sosial şəbəkələrdə barəmdə xoşagəlməz ifadələr yazıblar. Bu sözləri yazanların görəsən anası, bacısı yoxdur? Şəxsiyyətimə bələd deyilsənsə, hansı haqla ünvanıma pis fikir yazırsan? Bütün günü əsəb içərisində olmuşam. İnsanlar niyə bu qədər qəddarlaşıb... Tanımadığın biri haqqında pis fikir bildirmək günahdır axı. Millətimin bu cür kişilərindən utanıram. Bütün dostlarım, yaxınlarım zəng edib deyir ki, səndən belə müsahibə gözləmirdik. Bundan sonra heç bir media nümayəndəsinə açıqlama verməyəcəm. Haqqımda nə yaxşı, nə də pis yazsınlar. Mən buna qadağa qoyuram".

Sizin Reklam Yeriniz