"Dağıtmaqla nəyə nail olacaqlar?”-Niyam
Müğəni Niyam Salaminin şəxsi İnstagram səhifəsi dağıdılıb. Bu
barədə o, Movqe.az-a açıqlamasında bildirib. Müğənni deyir ki, bir
neçə gündür ki, instagram səhifəsinə daxil ola bilmir: "Sonradan
müğəyyən olundu ki, insragram səhifəm dağıdılıb. Ən güclü
hakerlərə müraciət etdik. Yenə də səhifəni bərpa etmək mümkün
olmadı. Orada mənim üçün dəyərli fotolar vardı. Çox maraqlı
anları əks etdirən məqamlar orada toplanmışdı. Bilmirəm kimin
mənimlə nə işi var? Axı insragram səhifəsini dağıtmaqla nəyə nail
olacaqlar?"