Əlaqə Arxiv
news Image
2014.07.03
19:25
| A A A
Bunu ilk dəfə Tünzalə ilə Murad edəcək - fotolar

Əməkdar artist Tünzalə Ağayeva və şoumen Murad Dadaşov məşhur "Öz ölkələrinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış" cizgi filmini Azərbaycan dilinə dublyaj edirlər.


Axşam.az-ın məlumatına görə, T.Ağayeva dünən başlayan səsləndirmə haqqında danışıb:

 

"28 cinema"nın təqdimatında cizgi filmi Azərbaycan dilinə tərcümə olunur. Onun baş qəhrəmanlarını mən və Murad Dadaşov səsləndirəcəyik. Bu cizgi filmini dünyada hər bir ölkənin öz məşhuru dublyaj edir. Azərbaycanda bu iş bizə həvalə edilib. Çox maraqlı olacaq, tezliklə görəcəksiniz. Qızım bu xəbəri eşidəndə çox sevindi. Mənim üçün önəmli səsimin tamaşaçılara doğma gəlməsi olacaq".


Murad Dadaşov təklif gələndə düşünmədən razılıq verdiyini deyib:


"Məşhur simaların cizgi film dublyaj etməsi bütün dünyada var. Sevinirəm ki, ölkəmizdə bu layihənin ilk iştirakçısı Tünzalə xanım və mən oldum. Düzdür, bundan əvvəl ANS telekanalında tanınmış simalar cizgi film dublyaj edib. Amma o böyük ekrana çıxmayıb. Bizim səsləndirdiyimiz "Oz ölkələrinin əfsanəsi: Zümrüd şəhərinə qayıdış" cizgi filmi kinoteatrlarda nümayiş olunacaq".

Sizin Reklam Yeriniz