Əlaqə Arxiv
news Image
2014.07.04
11:32
| A A A
Nadir Qafarzadə mətbuat konfransında nələr danışdı? - VİDEO

Bu gün müğənni Nadir Qafarzadə iyulun 6-da Yaşıl Teatrda xanımına verəcəyi "Həyatımsan ömrüm qədər" adlı konserti öncəsi media nümayəndələri ilə görüşüb. Movqe.az-ın məlumatına görə, tədbir iki hissəli baş tutub. Konfransının ilk hissəsində tədbirin səbəbkarı özü çıxış edərək, iyulun 6-da verəcəyi konsertdən danışdı: "İlk öncə bura təşrif buyuran jurnalist dostlarımın hər birinə ayrı ayrılıqda təşəkkürümü bildirirəm. Bildiyiniz kimi iyulun 6-da Yaşıl Teatrda xanımım üçün oxuyacam. Gecədə iyirmi üç mahnı ifa edəcəm. Açığı, xanımıma söyləyəndə ki, sənə konsert həsr edəcəyəm, o, birinci buna qarşı çıxdı. Razı olmadı. Daha sonra razılığa gələ bildik. Əslində yoldaşımla mən fərqli insanıq. Mən bir az şıltaq, o, isə daha ciddi. Ailədə özüm ciddi ata və həyat yoldaşıyam. Səhnədə isə başqa biriyəm. Konsertimdə xanımıma sürpriz edəcəyəm. Həmin sürprizin nədən ibarət olduğunu isə iyulun 6-da hər kəs görəcək", - deyən ifaçı tədbirin ikinci hissəsinə start verib.

N.Qafarzadə tədbirin ikinci hissəsində Gürcüstanda çəkdirdiyi "Göndər" adlı klipindən danışıb: "Bu gün növbəti klipimi təqdim edirəm. Bu ekran əsərində tərəf müqabilim Gürcüstanı dünya gözəllik yarışmasında təmsil edən, 2012-ci il Gürcüstan gözəli Tamara Şedaniya idi. Klipdə söz yazarı Altay Yaşarın əməyini, o cümlədən rejissor Elnur Eliyevin əməyini də yüksək qiymətləndirirəm. Klip Gürcüstan paytaxtının ən gözəl məkanlarında lentə alınıb. Bu klipdə hətta mənim kazinoda olarkən görüntülərimdə yer alıb. Düşünürəm ki, fərqli klip ərsəyə gəldi".

Onu da əlavə ki, N.Qafarzadənin "Göndər" adlı klipində çalışan heyət bunlardır: Rejissor Elnur Əliyev, operator Givi Magradze, prodüser Altay Yaşar, Ruslan Əliyev menecer Rövşən Əskərov, rəssam Mehriban Əfəndiyeva, qrim Romeo Guledani, stilist Zaur, rəqqas və rəqqasələr Maqda İlluridze, Esma Məmmədova, Barmen Qvansa Sitsividze, Umman Sadıqov və başqaları.

Qeyd edək ki, təqdimatda müğənni Sənan Əliyev və Zarina Məmmədova da iştirak edib

Sizin Reklam Yeriniz