Əlaqə Arxiv
news Image
2014.07.11
11:00
| A A A
Türklər Nigar Camala heyran qaldılar

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal türkləri heyran qoyub. 


Axşam.az-ın məlumatına görə, dünyaca məşhur "X Factor" yarışmasının Türkiyə versiyası "Star işığı"nın münsif kürsüsündə əyləşən müğənninin ünvanına təriflər yağdırılıb. 


Türk mətbuatında yazılmış "X Factor"da Nigar Camal və Sinan Akçıl" başlıqlı məqalədə azərbaycanlı münsifin tamaşaçıları heyran qoyduğu bildirilir: 


"Yarışma qışda başlayarkən etimadı doğrultmamışdı. Lakin indi münsif dəyişikliyi onu daha maraqlı və həyəcanlı edib. Müsabiqənin diqqət çəkən adları isə Sinan Akçıl və Nigar Camaldır. Sinan sərbəst davranışları və zarafatları, Nigar isə zəif və şirin türk ləhcəsi ilə tamaşaçıları heyran qoyub. Budəfəki yarışma ötən mövsümdəkindən daha reytinqlidir".


Sizin Reklam Yeriniz