Əlaqə Arxiv
news Image
2014.07.17
11:57
| A A A
“Oğlanlar tez əldə etdikləri qızı tez də atırlar”

Tanınmış aparıcı və bəstəkar Sədaqət Rəşidqızı publika.az-a müsahibə verib

Gecce.az həmin müsahibəni sizə təqdim edir.

 

- Belə cazibədar xanımsan, nə əcəb ailə qurmursan?


- Mənimlə evlənmək istəyən oğlanlar birinci növbədə şərtlərimi qəbul etməlidirlər. Şərtlərim çox ağırdır. Bu şərtləri qəbul etmək hər oğulun işi deyil.



- Bu şərtlərə nələr daxildir, görəsən?


- Sadalasam, uzun bir siyahı alınar. Ağıl-kamalından, tərbiyəsindən tutmuş, iş-gücünə, xarici görünüşünə qədər hər şey zövqümə cavab verməlidir. Ərə gedəcəyim oğlanın mütləq idmançı bədən quruluşu olmalıdır. Hərdən rəfiqələrim mənimlə zarafat edirlər ki, ay qız, sən dediyin oğlanı Hollivudda taparsan, Bakıda yox. Elə şərtlərimə uyğun oğlan tapa bilmədiyimə görə də sevgidə təkəm.



- Yəni bu qədər oğlanların içində yoxdu elə birisi?


- Mənim üçün yoxdur. Başqa qızlar belə bir problem yaşamır. Mən istərdim ki, Azərbaycan xanımları hər zaman özlərini qiymətləndirməyi bacarsınlar. Əvvəllər oğlanlar qızların dalınca sürünürdülər. Bir "hə" cavabı alana qədər dəridən-qabıqdan çıxırdılar. Amma indi dövran dəyişib. Qızlar oğlanların dalınca sürünür. Bir himə bənddirlər, oğlanın qarşısında əriyirlər. Oğlanlar beşinci sort qızları daha asan əldə edirlər. Bu, mənim yaralı yerimdir. Tez əldə etdikləri üçün də onları tez atırlar. Mənə elə bir oğlan lazımdır ki, məni əldə etmək üçün əziyyət çəksin.



- Birdən elə bir oğlan çıxdı və sənə şərt qoydu ki, işləməyəcəksən, evdə oturacaqsan, razılaşarsan?


- Qətiyyən. Ailə gözəl şeydir, amma istərdim, həm ailəm olsun, həm də işim.


- Oğlanın pullu olması necə, vacibdir?


- Əlbəttə, imkanı olmalıdır. Amma intellekt, abır-həya da vacibdir.



- Sədaqət, bir müddət öncə telekanalların birində maraqlı bir proqrama aparıcılıq edirdin, yeni mövsümdə yeni layihən gözlənilir?


- Möhtəşəm, analoqu olmayan bir telelayihədə görəcəksiniz məni. Artıq hazırlıq işləri gedir. Sentyabrda baş tutacaq...



- Yaradıcılıqda nə var, nə yox, yeni mahnılar yazırsan?


- Sonuncu mahnımı Samir Bağırov oxuyub. Ondan sonra hələlik yeni mahnı yazmamışam.



- Bir çox bəstəkarlar var ki, qiymət oxuyur, sən neçəyə satırsan mahnılarını?


- Əslində, bəstəkarın qazanmaq istəyi normaldır. Məndə qiymətlər 3 min manatdan başlayır.



- Ən çox qonorarı hansı müğənnidən almısan?


- Aygün Kazımova, Mətanət İsgəndərli, Elxan Şirinova, Almaz Ələsgərova verdiyim mahnılara görə yaxşı qonorar almışam. Ən çox qonorarı "Karvan" futbol klubuna yazdığım himnə görə almışam. On il bundan əvvəl 1500 manat almışam o himnə görə.



- Hansı müğənnilərin mahnılarını oxumağını istərdin?


- Briliant Dadaşova, Natəvan Həbibi. 

Sizin Reklam Yeriniz