Əlaqə Arxiv
news Image
2014.07.17
16:12
| A A A
İlham Mirzəyevin səhhəti pisləşib

"Həbsdə xəstəliyi daha da şiddətlənib".


Vəkil Adəm Məmmədov həbsdə olan teleaparıcı İlham Mirzəyevlə görüşüb.


Oxu.Az-ın məlumatına görə, bu barədə APA-ya xəbər verən A.Məmmədov bildirib ki, İ.Mirzəyevin səhhətində ciddi problemlər var:


"Onun bel və boyun nahiyəsində yırtıqlar var. Həbsdə xəstəliyi daha da şiddətlənib. Özünü yaxşı hiss eləmir".


Qeyd edək ki, İ.Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Sizin Reklam Yeriniz