Əlaqə Arxiv
news Image
2014.07.21
14:24
| A A A
Nadir Qafarzadə:"Xəyanəti nəfsim çəkib”
Daima qalmaqalları ilə medianın gündəmində olan müğənni Nadir Qafarzadə şəxsi həyatı barədə maraqlı açıqlama verib. Movqe.az-ın məlumatına görə, ötən günlərdə həyat yoldaşı üçün konsert verən ifaçı bu dəfə gizli sevgisindən danışıb. Açıqlama verən Nadir ilk dəfə 7-ci sinifdə Bolqarıstanda olduğu zaman sevdiyini vurğulayıb: "Səhər adlı türk qızı var idi, bir-birimizi sevirdik. Görüşürdük ikimizdə oturub bir-birimizə baxırdıq, qız çox utanırdı axırda oturub ağlayırdı. Bilirdim məni sevir, amma utanırdı deməyə. İlk öpüş də 7-ci sinifdə olub"-deyən Nadir ailə həyatı qurduqdan sonra həyat yoldaşına xəyanət etmədiyini bildirib. 

"Ailə qurandan 3 gün sonra yoldaşım dedi and içək ki, bir birimizi aldatmayacağıq. İkimiz də əlimizi Qurana basıb and içdik. Nə yalan deyim, amma xəyanət etməyi nəfsim çəkib".
Sizin Reklam Yeriniz