22 iyul – 1 avqust tarixində Səyyar ASAN xidmət Qusar
rayonunda olacaq. Movqe.az-ın ASAN Xidmətə istinadla
verdiyi məlumata görə, Qusar, Quba, Xaçmaz rayonlarının sakinləri
səyyar xidmətdən yararlana biləcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak
Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi
2014-cü dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsi ilə 35
məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata
keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas
məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və
innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın
təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.