Əlaqə Arxiv
news Image
2012.04.09
14:09
| A A A
Alen Delon ürəyindən “vurulub” – FOTO
76 yaşlı aktyora nə oldu?

Movqe.Az "Le Parisien" qəzetinin internet saytına istinadən xəbər verir ki, Fransanın məşhur kino ulduzu, aktyor Alen Delon, ürək  döyüntüsünün ritm problemindəki pozğunluq səbəbiylə əməliyyat olunub.

Əməliyyatdan sonra açıqlama verən 76 yaşlı aktyor, əməliyyat olunması haqqında belə deyib: "Son vaxtlar tez-tez baş gicəllənməsində əziyyət çəkirdim. Beyinə qan sızması və ya qanda laxtalanmanın artması təhlükəsini qabaqlamaq üçün həkimlər əməliyyat olunmağımı qərar verdilər. Keçirdiyim bu qısa davamlı əməliyyat iki həftə əvvəldən planlaşdırılmışdı", - A.Delon söyləyib.

Dünya şöhrətli aktyor açıqlaması zamanı özünü yaxşı hiss etdiyini bildirib.


Fuad Mədətov




















Sizin Reklam Yeriniz