Əlaqə Arxiv
news Image
2014.08.25
11:30
| A A A
Jurnalistin başını kəsən repçi imiş

İraqda kamera qarşısında Amerikalı jurnalistin başını kəsmiş, səlis ingilis ləhcəsi ilə danışan İŞİD döyüşçüsünün kimliyi müəyyənləşib.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, "Tayms" qəzeti Suriyada bir müddət əvvəl girov götürülmüş jurnalist Ceymz Folini edam edən şəxsin əvvəllər repçi olmuş Əbdül Məcid Əbdül Bari adlı şəxsin ingiltərə vətəndaşı olduğunu yazıb.

O, 2013-cü ildə Suriyaya döyüşməyə yollanmazdan əvvəl London bir rep qrupunun üzvü olub. Kəşfiyyat məlumatlarına görə, həmin gənc cəllad təxminən bir il əvvəl Londonda bir milyon funt dəyərində olan malikanədə yaşayıb. Hazırda döyüşçülər arasında "Cihadi Con" ləqəbi ilə tanınır.

Qəzetin məlumatına görə, jurnalisti edam etməkdə şübhəli bilinən Məcid Əbdül Bari bundan əvvəl "Tvitter"də kəsilmiş başı əlində tutduğu fotoşəklini paylaşıb.

Sizin Reklam Yeriniz