Əlaqə Arxiv
news Image
2014.08.25
14:01
| A A A
Azərbaycanlı tanınmış prodüsser idmançı sevgilisindən ayrıldı ! - FOTOLAR

Trenner Ceyhun Vəliyev və tanınmış prodüsser Təranə Səmədova haqqında yayılan şaiyələr səngimək bilmir. Mövqe.az xəbər verir ki, yayılan şaiyələrə görə prodüsser yeni sevgilisindən ayrılıb və məhz bu səbəb görə də özünə yeni məşqçi tapıb. Arıqlamaq üçün səylərini daha da artıran Təranə Səmədova ilə son vaxtlar haqqında yayılan şayiələr barədə söhbətləşdik. Mövqe.az-a danışan başı bəlalı prodüsser yeni sevgilisi kimi qələmə verilən Ceyhun Vəliyevlə hal-hazırda dost olduğunu açıqladı: "Məşqçim Ceyhun Vəliyev hal-hazırda yeni fitness zalı açır. Və həmin zal açılana qədər mən məşqlərimi saxlaya bilməzdim. Həm də gəzən şaiyələr həddindən artıq çox oldu deyə sakitcə kənara çəkilib, məşqlərimə davam etmək qərarına gəldim".

Mövqe.az-ın " Təzə zal açırsa, belə deyə bilərik ki, Təranə xanım əliniz düşüb ona ?" sualımızı prodüsser belə cavabladı: "Ceyhunun üzərimdə olan əziyyətini dana bilmərəm. O, çox savadlıdır və işinin də peşəkarıdır. Əslində çoxdan belə bir fikri var idi. Amma onun bu fikrini dəstəkləyən insanlardan biri də mən oldum. Məsələnin digər tərəfini də qeyd edim. Yerli telekanallardan birinə məni aparıcı kimi dəvət ediblər. Bundan belə bir qənaətə gəlmək olar ki, həm Ceyhunun mənə, həm də ki, mənim Ceyhuna əlimiz düşüb. Efir məkanı estetikanı çox sevir. Buna görə dərhal məşqlərimə başladım. Əfsuslar olsun ki, göz önündə olan insanların xarici görünüşü daha çox müzakirə olunur. İnsanın daxili aləmi ilə maraqlanan olmur. Bu da ictimailəşmiş insanların şəxsi həyatına çox təsir edir. Şəxsi həyat artıq ikinci plana keçir".


"Ancaq haqqınızda yayılan xəbərlər səngimək bilmir. Çünki heç biriniz sevgili olduğunuzu nə açıqlayırsınız, nə də ki, təkzib edirsiniz. Deməli od olmayan yerdən tüstü çıxmaz  məsəli burada öz təsdiqini hardasa tapır?" sualını da prodüsser cavabsız qoymadı: " Biz Ceyhunla çox yaxşı dost olmuşuq. Heç vaxt sevgili olmamışıq. Bəlkə də sevgili olmaq qərarına gəlmək istəsək də kənardan olunan mudaxilələr o qədər çox oldu və onun içindəki neqativ səslənən fikirlər qalib gəldi. Və biz sakitcə elə dost olmaq qərarında qaldıq".




Qeyd edək ki, hal-hazırda Təranə Səmədova Tural adlı yeni trennerlə məşqlərinə davam edir: "Hal-hazırda məşqçim Turali da əvvəlki zaldan tanıyıram. Elə orada məşq etdiyim vaxtlardan Ceyhun Azərbaycanda olmayanda o mənə kömək edib. O, da işinin peşəkarıdır".


Sizin Reklam Yeriniz