Yeni Sosial Şəbəkə yarandı .Yaradıcısı-Ledi Qaqa
Movqe.Az xəbər verir ki, Amerikalı
müğənni Ledi Qaqa yeni sosial şəbəkə yaratdı. Ledi Qaqa sosial
şəbəkəsini "Little Monsters " adlandırıb. Xatırladaq ki, müğənni öz
fanatlarını da belə adlandırır. Sosial şəbəkəyə daxil olduqda ilk
bu yazı gəlir: "Evinizə xoş gəlmisiniz, balaca canavarlar ".
Www.littlemonsters.Com
Ledi Qaqanın sosial şəbəkəsi digər şəbəkələr kimi fəaliyyət göstərəcək. Sosial Şəbəkədə istifadəçilər bir-biri ilə ünsiyyət saxlaya , şəkil və videoları paylaşa biləcək.Hətta hər hansısa bir foto və ya videonu bəyənə bilərlər.Qeyd edək ki, Ledi Qaqanın " Twitter" -də 25 milyondan çox izləyicisi var.