Azərbaycanın
"Təhminə"si, Türkiyənin məşhur aktrisası və müğənnisi Meral Konrat
azərbaycanlılara qarşı istiqanlılığını virtual aləmdə də göstərir.
Movqe.Az xəbər portalının məlumatına görə, M.Konrat "Facebook"
sosial şəbəkəsində paylaşdığı kinorejissor Rasim Ocaqovun "Təhminə"
filmindən süjetlər və həmin filmin soundtrekini paylaşıb. M.Konrat
paylaşdığı video-çarxın üzərində filmi haqqında fikirini belə
bildirib: "Azərbaycanda yaptığım ən önəmli filmlərdən biridir.
Əməyi keçən hər kəsə təşəkkür edirəm!", - M.Konrat yazıb.
Qeyd edək ki, 1993-cü ildə ekranlaşdırılan film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında kinorejissor Rasim Ocaqovun quruluşu əsasında çəkilib.
Bundan başqa, M.Konrat sosial səhifəsində müxtəlif tədbirlərdə, foto-pavilion çəkilişlərində maraqlı fotosessiyasını yerləşdirib.
Fuad Mədətov