Əlaqə Arxiv
news Image
2014.09.03
11:33
| A A A
Ancelinanın duvağını uşaqları bəzəyib
Avqustda evlənən Ancelina Coli və Bred Pitin toy fotoşəkilləri, People jurnalının 15 sentyabrda bazara çıxacaq yeni sayında nümayiş olunub. Movqe.Az xəbər verir ki, Coli maraqlı və bir o qədər də qəşəng gəlinliyiylə həm People, həm də Hello jurnalının üz qabığını bəzəyib.Colinin ilk baxışda klassik tərzdə tikilmiş kimi görünən gəlinliyi maraqlı duvağıyla qeyri-adi görünüb. Moda nəhəngi Versacenin baş dərzisi Luigi Massi tərəfindən tikilən gəlinliyin duvağı uşaqlarının çəkdiyi oyuncaq şəkillər və çiçək naxışlarıyla diqqətlə bəzənib. Üçü bioloji, üçü mənəvi olmaqla altı uşaq sahibi olan Brangelina cütlüyü 10 illik bərabərliyi, uzun nişanlılıq dövründən sonra Fransanın cənubundakı  Nice şəhərindəki  Miraval qalasında sadə mərasimlə evlənib.
Sizin Reklam Yeriniz