Hollivud aktrisası Penalope Kruz hamilədir
Movqe.Az xəbər verir ki, Hollivud Aktrisası
Penalope Kruz hamilədir. Onun hamiləliyi haqqında ilk dəfə bir ay
bundan əvvəl məlumat yayılmışdı. Lakin xəbərin dəqiqliyi barədə
məlumat yox idi. Dünən Penalope Kruz özü bu xəbəri təsdiqləyib və
bildirib ki, artıq 3 aylıq hamilədir. Penalopenin Leo adında bir
oğlu var. O, etiraf edib ki, oğlunu dünyaya gətirən zaman gününü
evdə keçirib, dadlı yeməklər bişirmək xoşuna gəlib. İndi o, bir
müddət karyera ilə məşğul olmayacaq.