Əlaqə Arxiv
news Image
2014.09.04
14:53
| A A A
Aytən Səfərovadan çalışdığı şirkətin rəhbərinə ismarıc !

Aparıcı Aytən Səfərova "ANS şirkətlər qrupu" MMC-nin prezidenti Vahid Mustafayevi doğum gününü münasibətilə təbrik edib. Mövqe.az xəbər verir ki, aparıcı çalışdığı şirkətin rəhbərindən ağızdolu danışıb və onun şərəfinə sosial şəbəkədə status yazıb: 



"Bu gün Azərbaycanın, adı tarixə yazılacaq nadir telejurnalistlərindən biri, ədalətli şəxsiyyət, mərd oğul və mərd rəhbər, müəllim və çox gözəl insan Vahid Mustafayevin doğum günüdür. Mənə tez-tez sual verirlər "haradan belə hazırcavabsan, bu qədər bilirsən"? Cavab: "Vahid Mustafayevin "ANS" məktəbini keçmişəm.. Bu insan bilik dəryasıdır. Nizam-intizam tərəfdarıdır, işin tələbkarıdır. İndiyədək "ANS"dən gedənlərin əksəriyyəti də nizam-intizama, tab gətirməyən, bəzən tənbəlliyə üstünlük verən və öz üzərində çalışmağa ərinənlərdi. Jurnalistikada və aparıcılıqda əldə etdiyim bütün biliklərimə, hazırcavablığıma görə V.Mustafayevə borcluyam. Doğum gününüz mübarək! Var olun, Vahid müəllim"!!".


Xatırladaq ki, Vahid Mustafayev 4 sentyabr 1968-ci ildə anadan olub.


Sizin Reklam Yeriniz