Əlaqə Arxiv
news Image
2014.09.08
12:37
| A A A
"Anasından, bacısından xəbəri olmayan, tərbiyəsizlər, biqeyrətlər..." - -Roza Zərgərli
Müğənni Roza Zərgərli sosial şəbəkədə qızı ilə olan fotosunu paylaşıb. Mövqe.az xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri həmin fotoya təhqirlər, xoş olmayan şərhlər yazıblar. Müğənni bu durumdan rahatsız olub və fotonu silib. Lakin həmin şəkli silməklə kifayətlənməyən R. Zərgərli nalayiq şərhlər yazanları "blok" edib və onlara öz ismarıcını yönəldib: "Bir neçə saat öncə qızımla olan fotomu paylaşmışdım, ama yazılan şərhlərin çoxu o qədər də ürəkaçan olmadı... Hərkəs yazdığı şərhlə bərabər öz ailə tərbiyəsini, səviyyəsini, mədəniyyətini, bundan əlavə valideynlərinin, anasının, bacısının kim olduğunu göstərdi. Ayıb olsun abırsız şərh yazan hərkəsə... Anasından, bacısından xəbəri olmayan, gəlib burada ağzına gələni yazan tərbiyəsizlər, biqeyrətlər, onsuz da hamınızın yeri blok listdir...
Normal dildə, mədəni şəkildə öz fikirlərini yazan dostlarım, çox sağolun. Diqqətinizə görə minnətdaram!".


Mübahisəyə səbəb olan fotonu Mövqe.az sizə təqdim edir :



Sizin Reklam Yeriniz