Əlaqə Arxiv
news Image
2014.09.15
13:35
| A A A
Müğənnilərimiz "Maseratti"də, aktyorlarımız avtobusda gəzir - SORĞU

Aznews.az saytı müğənnilərdən sonra aktyorların hansı nəqliyyat vasitəsindən gündəlik istifadə etdiyini öyrənib. Sənət adamları arasında maliyyə durumu aşağı olan teatr aktyorlarının avtomobilləri ilə bağlı sorğuda maraqlı məqamlar üzə çıxıb. Movqe.az həmin sorğunu təqdim edir.

 

 "Basabas məni öldürür"

 

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov sorğumuzu eşidər-eşitməz dərdi açıldı: "Vallah yaramı qopartdın. Nə maşınım var, nə də sürə bilirəm. 70 yaşım var, hələ də avtobus və metrolardayam. Ölürəm, basabas məni öldürür. Yubileyimdə yaxın dostlardan biri sual verdi ki, Şeyx nə istəyirsən? Dedim vallah bu yaşdan sonra maşınım olsa, əla olar. Bəlkə mən də ağ günə çıxıb ayaqqabılarım tapdanmaz, pencəyimə, köynəyimə dodaq dəyməz, kimsə məni qucaqlamaz. Yoxdur da neyləyim. Yoxluğun üzü qara olsun". 

Məleykə Əsədovanın "Maserati"si – 200 min manat

 

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova isə 200 minlik avtomobildə gəzir:"Mənim "Maserati" markalı avtomobilim var. Qiyməti 200 min manatdır". Xalq artistinin avtomobilinin dövlət nömrə nişanı da bahalıdır, "10-ZN-777" - 10 min manata alıb. 

"Avtobusla toqquşdum"

 

Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Zemfira Nərmanova isə maşın arzusunda deyil: "3 il bundan əvvəl "Nissan" markalı avtomobilim vardı. Yol getdiyim yerdə neçə tonluq avtobus gəlib, özünü çırpdı mənim maşınıma. Düşdük məhkəməyə. İki il məhkəmə prosesi oldu. Nəhayət, mən sübut elədim ki, günah avtobus sürücüsündə olub. İndi iki ildir ki, məhkəmənin mənə kəsdiyi pulu avtobusun məxsus olduğu şirkətdən ala bilmirəm. Odur ki, qorxumdan daha maşın həvəsində deyiləm. Qorxuram. Rahat və salamat şəkildə gedib gəlirəm, mənə maşın lazım deyil".

Aktrisanın 14 minlik balaca maşını 

 

Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətovanın balaca bir maşını var: "Balaca bir maşınım var - "Hundai Gets". 14 minə almışam". 

Rejissorun maşın sirri

 

Aktyor, ssenarist, rejissor Sərxan Kərəmoğlu idarə etdiyi avtomobilin adını desə də, qiymətini gizli saxladı:""Mini cooper S". Amma qiymətini deməyəcəm". 

"Birtəhər idarə edirəm"

 

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Tofiq Hüseynov isə "Opel Zafira" markalı avtomobil idarə edir: "4500 manata almışam. Birtəhər idarə edirəm". 

Kamran Yunus "190" sürür

 

Aktyor Kamran Yunus da sükan arxasında özü oturur. O, deyir ki, maşın sürməkdən xoşu gəlir: ""Mercedes Benz 190". 8 min dollara almışdım".

"Raket daşıyan maşın sürmüşəm"

 

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın fikrincə o, peşəkar sürücüdür:"Әvvәla deyim ki, mәn peşәkar sürücüyәm. Hәrbi avtomobil mәktәbini bitirmişәm. Hәrbidә raket daşıyan maşın sürmüşәm (bu avtomobillәri hәr sürücüyә vermirlәr).Avtomobil mәktәbindә 3 ay oxuyub әla qiymәtlәrlә bitirmişәm. Hәtta hәrbidә hәvәskar avtomobil yarışlarında iştirak elәmişәm. Bu illәr әrzindә bircә dәfә - qәzadan qaçmaq istəyərkən maşını aşırmışam. O da qarşı tәrәfdәki sürücünün günahı ucbatından. Bakıda 20 ilә yaxındır ki, avtomobil idarә edirәm, indiyә qәdәr heç 10 dәfә qayda pozmamışam. Mәncә qaydalar körpә uşağa bәnzәyir. Onu incitmәk olmaz. Mәnim oxuduğum mәktәb o zaman SSRİ- dә nümunәvi mәktәb statusu almışdı. Sürücülük vәsiqәmdә bütün kateqoriyalar var. Motosikldan tutmuş, qoşqulu yük maşınlarına qәdәr. 25 ildir ki, şәxsi arabam var. Markaları: Ardıcıl olaraq dәyişmişәm. 1) Zaparojets .2) Jiquli-011. 3) lada 099. 4) Opel. 5) Honda SRV. 6) PRADO". 

Sizin Reklam Yeriniz