Əlaqə Arxiv
news Image
2014.09.17
12:11
| A A A
Azərbaycanlı bəstəkarın “Kalibim Türkiyem”adlı kompozisiyası TRT Avazda - VİDEO

Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi "Kalibim Türkiyem"adlı kompozisiyasının klip TRT-Avazda yayımlanmağa başlayıb.

Bu barədə Mövqe.az-a açıqlama verən bəstəkar bildirib ki, onun klipnin TRT-də yayımlanması onu çox sevindirib: " Bildiyiniz kimi, mən bu yaxınlarda Ankarda oldum və TRT-keçmiş Bakı təmsilçisi Yüksel Degercanla görüşdüm. O, hazırda TRT-avazda baş koordinatoru olaraq çalışır. Onunla söhbət əsnasında mən söylədi ki, sənin "Kalibim Türkiyem" klipin artıq TRT-Avazda yayımlanacaq. İnanın heç xəbərim yox idi. Mən öz növbədə Yüksel Degercana və Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslana eyni zamanda TRT-yə öz təşəkkürlərimi bildirirəm. Çünki, onlar hər zaman görüdyüm bütün işlərdə mənə dəstək olublar".

Qeyd edək ki, "Kalbim Türkiyem" adlı kompozisiyasının aranjımanı Osman Həmidov, skripkada əməkdar artist Səlim Abbasov, rejissoru və montaj İntiqam Dadaşov, operatorluqu isə Emin Qaraşlıya aiddir.



Sizin Reklam Yeriniz