Əlaqə Arxiv
news Image
2014.09.17
16:00
| A A A
Leonardo Di Kaprio səfir oldu

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki-mun, Holivud və dünya ulduzu məşhur aktyor Leonardo D Kaprionu BMT-in xoşməramlı səfiri vəzifəsinə qoyduğunu açıqlayıb. 

Di Kaprionun iqlim dəyişikliyi ilə mübarizəyə aparacağı bildirilib. 


Movqe.az xəbər verir ki, BMT Baş Katibliyindən edilən şərhdə, məşhur Holivud ulduzu Leonardo Di Kaprionun aktyorluqla yanaşı ətraf mühitə də həssaslığı ilə də seçildiyini bildirərək, məşhur aktyorun  müvəffəqiyyəti və geniş kütlələr üzərindəki təsirini iqlim dəyişikliyi ilə mübarizə layihələrində də istifadə edə biləcəyini söyləyib. 


Şərhdə Di Kaprionun, BMT Baş katibi Ban Ki-munun dəvəti ilə 23 sentyabrda Nyu Yorkda reallaşdırılacaq və dövlət başçıları ilə qeyri-hökumət nümayəndələrinin bir yerə gələcəyi İqlim sammitində çıxış edəcəyi deyilib.


Məşhur aktyor də BMT vasitəsilə etdiyi şərhdə, iqlim dəyişikliyi ilə mübarizə mövzusunda ona verilən bu vəzifədən qürur duyduğunu və əhəmiyyətli bir məsuliyyət boynuna götürdüyünü bildirərək, "Növbəti illərdə bu problemin həlli üçün atacağımız addımlar insanlığın və planetimizin gələcəyi üçün də təyinedici rol  oynayacaq" deyib.

Sizin Reklam Yeriniz