Əlaqə Arxiv
news Image
2014.09.17
16:28
| A A A
Aktrisa od püskürdü:" Ən əsas da ay yazıq ərin kim olub?! "

Əməkdar artisti Naibə Allahverdiyeva gözünü yumub, ağzını açıb. Aktrisa əsəblərini cilovlaya bilməyib. Mövqe.az -a danışan  aktrisa arxasınca danışan insanlara ismarıcını çox sərt şəkildə yollayıb: "Niyə bunlar Allahdan qorxmurlar ? Çünki mən olan yerdə onlara qiymət verən yoxdu, olmayıb, olmayacaq da... Nəyə lazım bu qədər şər, böhtan?! Niyə Tanrıdan qorxub, murdar əməllərinizdən əl çəkmirsiniz?!Milçək bir şey olmasa da ürək bulandırır. Həmin insan da elə. Dalca danışırlar. Amma bilmirlər ki, sənin də dostunun bir dostu var. Mənə hər şey gəlib, çatır".


"Başa düşdüyüm qədər bu sözlər sənət yoldaşlarınızdan birinə ünvanlanıb" sualına isə aktrisa belə cavab verib: "Mən onu sənət yoldaşı saymıram. Çünki sənətdə olan insan bu qədər murdal olmaz. O sadəcə səhnədədir, o da elə-belə. Onun haqqımda dediyi fikirlər cəmiyyət içərisində deyilə biləcək sözlər deyil. Ancaq həmin adama demək istəyirəm ki, sən get keçmişinin dərdini çək, gör özün kim olmusan, ailən kim olub... Ən əsas da ay yazıq ərin kim olub?! Sonra get mənim arxamca nalayiq danış. sən nəinki o dünyada, bu dünyada da cavab verəcəksən. Nə tökərsən aşına, o da çıxar qaşığına. Allah var göydə".




Sizin Reklam Yeriniz