Əlaqə Arxiv
news Image
2014.09.18
12:14
| A A A
Tanınmış müğənni iki deputatın birgə mahnısını ifa edəcək - FOTOLAR

Millət vəkili, bəstəkar Novruz Aslan yaradıcılığının yeni məhsulunu təqdim edir. O, daha bir millət vəkili Eldar Allahyaroğlunun sözlərinə "Qızılgülüm" adlı mahnı bəstələyib. Azərbaycanda hələ ki, qızılgülə mahnı olmadığını düşünən bəstəkar mahnını müğənni Sevinc Musayevaya təqdim edib. Ritmik şən mahnı sevgi və xoşbəxtlik rəmzi olan qızılgülü sevənlər üçün maraqlı olacaq. Artıq mahnının klipi də ekranlaşdırılıb. Rejissor Nail Naiboğlu mahnının sözlərinə və ritminə uyğun əlvan dekor və səhnələr çəkib. Sevinc Musayeva isə qızılgüllərdən don geyinərək kameralar önünə keçib.


Müğənninin geyimlərinin müəllifi modelyer Şəlalə Maqsudova, stilist isə Nura Babayevadır. Müğənni klipin çox dinamik, əlvan və sevgi dolu olduğunu bildirirərək, tamaşaçıların zövqünü oxşayacağına inanır.Mövqe.az-a açıqlama verən S. Musayeva açıqlamasında bildirib:  "Mahnının sözləri çox sadə, asan və diləyatımlıdır. Əslində bu cür mahnılar üçün sözlər məhz belə olmalıdır. Novruz Aslan isə həmişə olduğu kimi müasir və maraqlı bir bəstə ərsəyə gətirib" .





Sizin Reklam Yeriniz