Əlaqə Arxiv
news Image
2012.07.16
15:45
| A A A
Prodüser Tolik planlar qurur
Movqe.Az xəbər verir ki, prodüser Tolik iki xanım müğənni barədə planlar qurur.

Qeyd edək ki, qalmaqallı prodüser Tarix Əliyev Aygün Kazımova və Safura Əlizadə barəsində planlar qurur.  Bu barədə prodüser ATV telekanalında yayımlanan "Gün keçir" proqramında deyib.

"Bildiyiniz kimi, indi Aygün xanım klip çəkilişləri ilə məşğuldur. Bu ayın sonunda onun konsertini keçirməyi düşünürəm. Birinci istəyirdim ki, o, Namiq Qaraçuxurlu ilə çıxış etsin, lakin sonradan fikrimi dəyişdim. Bu dəfə Aygün xanım Üzeyir Mehdizadə ilə duet oxuyacaq. Yayın sonuna qədər Gəncə, Lənkəran və Qubada konsert təşkil edəcəyik", - deyə Tolik bildirib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz