Müğənni Rəqsanə İsmayılova qadın cəza çəkmə müəssisəsində - VİDEO
Müğənni Rəqsanə İsmayılova qadın cəza çəkmə müəssisəsində konsert
verib. Təmənnasız konsert verən müğənni qadın məhbusların ürəyini
xoş edib. Həm oxuyub qadınları şənləndirən, həm də ki, ifası ilə
onları kövrəldən müğənni özü də göz yaşlarını saxlaya bilməyib.
Müğənni açıqlamasında bildirib: " Qoy mənim villalarım, bir neçə
avtomobilim olmasın. Amma mənim təmiz ürəyim var. Mənim anam səhərə
kimi yatmayıb. 450 nəfər qadın var burada. Mən bütün bunları
təmənnasız edirəm. Onun savabı mənə bəs edər".