Əlaqə Arxiv
news Image
2014.09.30
12:33
| A A A
Möhtəşəm Number One-a iki gün qaldı - FOTO

Sayca ikinci "Number One" mükafatlandırma mərasiminin baş tutmasına iki gün qaldı. Oktyabr ayının 1-də baş tutacaq dünyaca məşhur layihənin artıq builki mükafatının eskizi də nümayiş olunub. Azərbaycan sənət dünyasının və şou-biznesinin tanınmış simalarının qatılacağı mərasim maraqlı proqramla yaddaşlarda qalacaq.Təşkil olunmuş ən uzun qırmızı xalıya sənətçilər xüsusi ayrılmış avtomobillə gətiriləcəklər.


Mərasim saat 17:00-da "MAF Exclusive Baku"-da başlayacaq. Media nümayəndələri isə tədbirə qırmızı xalı şousunu işıqlandırmaq üçün 16:30-dan etibarən dəvətlidirlər. Qeyri-adiliyi ilə seçiləcək builki "Number One" atəşfəşanlıqla yekunlaşacaq.


Tədbirə giriş tamaşaçılar üçün pulsuzdur. Fərdi və ya özəl məşğuliyyəti olan fotoqraflar da dəvətlidirlər.


Qeyd edək ki, layihənin rəhbəri teleaparıcı Tural Ozan, layihə prodüseri isə Humay Muxtarovadır.

Sizin Reklam Yeriniz