Əlaqə Arxiv
news Image
2012.07.17
14:53
| A A A
Gökhan Özen ata oldu
Movqe.Az türk mediasına istinadən bildirir ki, Müğənni Gökhan Özenin təxminən üç ildir evli olduğu hamilə həyat yoldaşı Selen Sevigendən uşağı dünyaya gəlib. "Şişli Memorial Xəstəxanası"nda doğum edən Selen Sevigenin və hələ adı qoyulmayan qız körpəsinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Atalıq həyəcanını dərinliklərdə yaşayan Gökhan Özen "Twitter"dən "Allahıma şükürlər olsun ata oldum" deyə yazaraq pərəstişkarlarıyla sevinc hissini bölüşüb. Sonra isə xəstəxana otağında çəkdiyi fotoşəkili də "Atalıq sonrası ilk foto! Xəstəxana otağı, qarşımda körpəm" deyərək paylaşıb.
Sizin Reklam Yeriniz