Əlaqə Arxiv
news Image
2014.10.08
18:45
| A A A
"Elələri çıxıb danışır ki... Deyirsən, axı bunun həyatı çox “rəngarəngdir”

Müğənni Səidə Sultanı özündən çıxarıblar. 

Axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişinə qonaq olan sənətçi qısa geyinməsi ilə bağlı yayılan söz-söhbətə belə cavab verib:

"Başqaları məndən də qısa geyinir. Amma hamının gözünə Səidə görünür. Elə bil mini ətəkdə gəzən yeganə adam mənəm. Belə şeylər həyatda həmişə mənim başıma gəlir. Şou-biznesdə yetərincə qısa ətək geyinən var. Bu, mənə yaraşırsa, niyə geyinməyim? Efirə gedirsən, deyirlər "paltarın gödək olmasın". Bunu başqa müğənniyə deyə bilməzsiniz. Mən bu şəraiti özüm yaratmışam. Səmimiliyimdən istifadə edirlər. Gərək əvvəldən deyərdim ki, necə istəyirəm, elə geyinirəm. Onda da deyəcəkdilər ki, həyasızdır. Mənim də özümə görə səhvlərim var. Amma kiminsə bostanına daş atanda gərək əvvəlcədən özün fikirləşəsən. Mən hansısa qıza söz deyə bilmərəm. Amma şou-biznesdə indi çox haqsızlıqlar var. Elələri çıxıb danışır ki... Deyirsən, axı bunun həyatı çox "rəngarəngdir".

Sizin Reklam Yeriniz