Əlaqə Arxiv
news Image
2014.10.09
19:04
| A A A
ŞOK: Zibilliyə atılan 2 yaşlı Zeynəbin zorlandığı üzə çıxdı

Zibilliyə atılan körpə anasına qaytarılmadı.


Körpənin taleyi ANS TV-nin "Adam içində" verilişinin dünənki buraxılışında da müzakirəyə çıxarılıb. Elgiz Əkbər və Afət Rahilqızının aparıcısı olduğu verilişin tapıb üzə çıxardığı Elfanənin öz uşağının başına gətirdiyi müsibətlər və bunun qarşılığında laqeyd ananın efirdə danışıqları, özündə günah görməməsi tamaşaçılar arasında böyük rezonans və səs-küyə səbəb oldu.


Elfanə uşağını zibilliyə atmadığını, dayəyə verdiyini desə də heç kim ona inanmadı. Proqramla telefon bağlantısı yaradan Elfanənin Elmira adlı

qonşusu 2 yaşlı körpə Zeynəbin hətta zorlanmaya məruz qaldığını, bundan sonra uşağı ginekola aparmaq məcburiyyətində qaldığını deyəndə studiyadakılar dəhşətə düşdülər. Əsəblərini çox çətinliklə cilovlayan Elgiz Əkbər Elfanənin cinayət məsuliyyətinə cəlb edilməsini lazım bildi.


Verilişdə iştirak edən qonaqlar həmin qadının həkim və psixoloq müayinəsindən keçməsinin vacibliyini və uşağın ondan alınaraq dövlətin qayğısı və nəzarəti altında böyüməsinə qərar verdilər. Verilişdən sonra 2 yaşlı Zeynəb körpələr evinə yerləşdirilərək dövlətin himayəsinə verildi.


ATV-nin evlilik proqramında ailə həyatı qurub 1 aydan sonra ayrılan Elfanə "Adam içində"nin 7 sentyabr tarixli buraxılışında canlı efirində özündə heç bir günah görməyərək bütün olanları, uşağın küçələrə atılmasını imkansızlıq, şəraitsizlik və xəstəliyi ilə ört-basdır etməyə çalışdı. Lakin onun qonşusu telefon bağlantısı zamanı onun məsuliyyətsiz, övladına baxmadığını və həftələrlə atıb getdiyini, hətta uşağın döyüldüyünü və zorlandığını bildirərək ona qətiyyən uşaq verməmək lazım olduğunu bildib. Bütün bunlardan sonra qonaq qismində əyləşən İlhamə Quliyeva və Faiq Sücəddinovun istəyilə o studiyadan çıxarıldı.

Sizin Reklam Yeriniz