Əlaqə Arxiv
news Image
2014.10.16
14:26
| A A A
Yas mərasimlərində nakam gedənləri qızılgül ləçəkləri, şam, Vağzalı sədası altda yola salan ölü yiyələri... - FOTOLAR
Tanınmış prodüsser Təranə Səmodovanın "Space" telekanalında yayımlanan "Hələ bu harasıdır" verlişində bu dəfə də çox maraqlı və aktual mövzu müzakirə obyektinə çevrilib. Mövqe.az xəbər verir ki, verlişdə toy və yas mərasimləri zamanı israf olunan yeməklərdən danışılıb. Yas mərasimlərində nakam gedənləri qızılgül ləçəkləri, şam, musiqi sədaları altda yola salan ölü yiyələri sərt qınaq obyektinə çevrilib. Verlişin müxbiri Azad Mirzəyev bu mövzu barədə yetərincə dolğun süjet hazırlayıb. Süjet üçün Bakı sakinləridən, restoran sahiblərindən açıqlama alınan zaman bəlli olub ki, hər kəs bu israfçılıqdan narazıdır. Hətta bunun üçün qanunvercilikdə dəyişiklik olunmasını labüd hesab edənlər də olub. Verliş zamanı israfçılıqdan və bunun fəsadlarından danışan Təranə Səmədova,  qonaqları mövzunu geniş müzakirə edə biliblər. "Hələ bu harasıdır"ın bu dəfə ki, qonaqları əməkdar artist Firuzə İbadova, prodüsser Sayqa,  Qafqaz Müsəlmanları İdarəsinin din xadimi Oqtay Müntəzirli və jurnalist Əfruzə Ağayeva olub. 


Xatırladaq ki, verliş həftə içi hər gün 11:45-də "Space" telekanalında yayımlanır.



Sizin Reklam Yeriniz