Əlaqə Arxiv
news Image
2012.07.19
13:40
| A A A
Elza Seyidcahan: “Mənim ideyalarımı oğurlayırlar”
Movqe.Az xəbər verir ki, Azərbaycanın əməkdar artisti Elza Seyidcahan gündəlik həyatda ekstravaqantlıqdan uzaqdır. Qeyd edək ki, bu barədə müğənni yerli telekanallardan birinə açıqlamasında deyib.

"Elə qadınlar var ki, bir gün ərzində beş paltar dəyişirlər, ancaq mən belə deyiləm. Bacılarım həmişə deyirlər ki, sən ulduzsan, ulduz kimi görünməlisən. Lakin mən bununla razı deyiləm. Gündəlik həyatda sadəliyi sevirəm", - o deyib.

Müğənni ona qarşı olan tənqidlərə də münasibət bildirib və deyib ki, onu tənqid edənlərə əhəmiyyət vermir.

"Dünya ulduzları da geyimlərinə görə tənqid olunurlar. Bir çox gənc müğənnilər mənim ideyalarımı oğurlayırlar. Mənim kimi geyinirlər ki, diqqəti cəlb etsinlər", - müğənni deyib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz