Əlaqə Arxiv
news Image
2014.10.21
18:54
| A A A
Fatimə ilə Xatun arasındakı qalmaqal bitdi

Müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətəliyeva uzun müddətdir davam edən küsülülüyə son qoyublar. 

Axşam.az-ın məlumatına görə, bu haqda əməkdaşımızla söhbətində Xatun danışıb:

"Bizi aparıcı Lamiyə Ələkbərova barışdırdı. Düzdür, aramızda şəxsi problemlər olmamışdı. Sənətlə bağlı inciklik var idi. Hər ikimiz tanınmış insanlarıq. Diqqəti sevirik. Çox şükür ki, münasibətləri aydınlaşdırdıq, barışdıq. Zəhmətkeş insanlarıq, məclislərdə tez-tez bir araya gəlirik. Bir-birimizdən pis aura alırdıq. Buna son qoymağımız yaxşı oldu. İndi münasibətimiz normaldır".

Qeyd edək ki, Fatimə və Xatunun küsülülüyünə səbəb rəqqasənin məşhurlarla birlikdə çəkdirdiyi klipi olmuşdu. O, Xatuna ekran işində oynamaq təklifi etsə də, müğənni çəkilişlərə getməmişdi.

Sizin Reklam Yeriniz