Əlaqə Arxiv
news Image
2014.10.22
11:05
| A A A
“Günay üçün hələ tezdir, ona yaraşdırmadım”

Nadirlə Günay "Muz life" da üz-üzə gəldilər.

Gecce.az xəbər verir ki, Günay İbrahimli müsahibələrinin birində "kişilərin plastik əməliyyat olunmasına pis baxıram " deməsi Nadiri çilədən çıxarıb.


"Gəncdilər hərdən nə danışırlar bilmirlər. Sonra fikirləşəndə artıq gec olur. Mən bu çıxışı Günaya yaraşdırmadım. Bu sənətdə olan gərək belə danışmasın.  Kim nə danışırsa, sonra unudulub gedir. Yaxşısı susmaqdır.  Əvvəl sənət öyrənmək lazımdır. Onun üçün danışmaq biraz tez oldu. "


Müzakirə obyektinə çevrilən Günay İbrahimli də məsələyə aydınlıq gətirməyə çalışıb. Onun dediyinə görə, bu açıqlamanı sənət adamlarına şamil etməyib.


" İstəmirəm kimsə sözümü öz üzərinə götürsün. Mən bu müsahibəsni verəndə dedim ki plastik əməliyyat etdirən sənətçilərə pis baxmıram. Onları başa düşürəm. Amma adi insanlar var ki, durduq yerdə özlərini gülünc vəziyyətə salırlar.

Bəli, mən onda pis baxıram. Nadirin bu açıqlamasından da qətiyyən incimirəm. Onu çox istəyirəm".

Sizin Reklam Yeriniz