Əlaqə Arxiv
news Image
2014.10.22
15:51
| A A A
“Parlaq Zəka” intellekt şousu ikinci mövsüm oyunlarına start verdi

19 oktyabr 2014-cü il tarixində bu mövsümün ilk 1/8 mərhələsinin oyunu keçirildi. Bu həftə tamaşaçıların ikinci mövsüm iştirakçıları ilə tanışlığı "Azərbaycanlılar Qərib Ölkələrdə" mövzusunda olan mübarizələri ilə oldu. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Qafqaz Universitetinin keçən mövsümdən tanış olan Emil Yusublu, sarı yolda Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Məzahir Səmədov, yaşıl yolda isə Azərbaycan Tibb Universitetinin Tələbəsi Həyat Quliyeva mübarizə apardı. İlk qarşılaşmanın qalibi xanım iştirakçı olan Həyat Quliyeva oldu. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyev ilk buraxılış barədə fikirlərini bölüşüb. "Bu mövsüm verilişləri də ən az keçən mövsüm qədər yaddaqalan rəngarəng olacaq. Çünki daha fərqli zəkalarla tanışlıq, daha maraqlı buraxılışlar olacaq. Bu həftəki buraxılışa gəldikdə isə zəkaların mövzuya hazırlaşsa da ilk veriliş həyəcanı təbii ki, özünü göstərirdi. Amma xanımlar ilk verilişdən bəylərimizdən bir addım önə keçdilər.Görək növbəti buraxılışlarda necə olacaq."

Synergy Group-un sponsorluğu, Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook – Parlaq Zəka səhifəsinə müraciət etmək olar.

Sizin Reklam Yeriniz