"Namiqlə çox xoşbəxt idik, Aygün Kazımova ilə tanış olandan sonra ailəmiz dağıldı"
Bunu AzVision.az-a açıqlamasında məşhur meyxanaçı
Namiq Qaraçuxurlunun indiyədək hamıdan gizlətdiyi keçmiş həyat
yoldaşı Solmaz Şükürova bildirib.
Namiq Qaraçuxurlu ilə evliliyindən 2 oğlunun dünyaya gəldiyini
deyən S.Şükürova meyxanaçının hamıdan gizlətdiyi böyük sirri açaraq
onu şan-şöhrətə görə övladlarını atmaqda ittiham edib:
"Namiq artıq özü danışdığı yalanların məsuliyyətini daşımalıdır. O,
şan-şöhrətə görə iki oğlunu atıb getdi. Amma artıq faktlar
qarşısından heç yerə qaça bilməyəcək. Namiq Ümidlə Ülvinin
atasıdır. Biz Aygünə görə ayrılmışıq. Ayrıldıq deyəndə ki, Namiq
özü bizi atıb getdi. Onda Ülvi 4 aylıq, Ümid isə yaş yarım
idi.
2005-ci ilin dekabr ayında Nərimanov Rayon Məhkəməsində rəsmən
boşanmışıq. Mənim nəsə gizlətməyə və gizlənməyə ehtiyacım yoxdur.
Çünki hər şey rəsmi olub, evlənməyimiz də, boşanmağımız
da".
S.Şükürova Namiq Qaraçuxurluya olan sevgisindən indiyədək ailə
qurmadığını deyib.
"Sadəcə bu günə qədər uşaqlarımın atası kimi Namiqə hörmət
etdiyimdən susmuşam. Ailə də qurmadım, çünki uşaqlarımı hansısa yad
bir kişi ilə böyütmək istəmədim. Ona görə ki, dünyada Namiqdən
başqa heç bir kişi onlara atalıq edə bilməz. Kişilər çox eqoist
olur. Başqa nə bilmək istəyirsizsə, Namiqdən soruşun".
Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları
ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat
yoldaşına 2 ev bağışlayıb.
"Boşananda Namiq mənə iki ev verdi. Sonra 8 il heç bir
münasibətimiz olmadı. Son iki ildir ki, hərdən uşaqlara zəng edir.
Uşaqlarım atasını çox istəyirlər. Çünki mən heç vaxt Namiqi
oğlanlarımın gözündən salmağa çalışmamışam, əksinə heç vaxt
istəməmişəm ki, onların içində nifrət olsun. Uşaqlarımı sevgi ilə
sevgi dolu böyütmüşəm. Onları atalarının da yerinə sevmişəm. Bizi
tanıyan hamı deyir ki, bu uşaqlar atalı uşaqlardan ürəkli
oğullardır. 11 ildir uşaqlarımı öz əziyyətimlə böyütmüşəm. Namiq
Allah qarşısında cavab verəcək".
BDU-nin Hüquq fakültəsini bitirdiyini deyən S.Şükür hazırda
hüquqşünas kimi fəaliyyət göstərdiyini qeyd edib.