Bir ildən çoxdur küsülü olan dostlar
barışıb. Mövqe.az xəbər verir ki, stilist Samiraldodan küsən
müğənni Samir Bağırov onunla yenidən barışıb. Bir araya gələn
cütlük yenidən barışıb, danışıblar: "Samirlə dostam, yaxınam.
Həmişə mənim yanıma gəlirdi, amma bir ildən çoxdu gəlmirdi. Bu dəfə
gəldi, şəkil də çəkdirdik. Mənim haqqımda kitab yazılanda onun
haqqında nalayiq fikirlər yazılmışdı. Bu da ona xoş olmamışdı. Hər
dəfə o məsələ gündəmə gələndə biz küsürük, barışırıq.Həmin məsələ
yenidən gündəmə gəlsə o yenə küsəcək məndən, başlayacaq mənlə. Mən
də istəmirəm ki, Samir küssün məndən. Küsməyimizdə günah məndə idi.
Çünki mən icazə verməməliydim ki, ondan da yazılsın nəsə. Mən
Samiri, Samir də məni həddindən artıq çox istəyir. Samirlə
barışığım çox xoş oldu. Gəldim gördüm gəlib. Sevindim. Samir deyir
ki, sənsiz mən heç nə edə bilmirəm, sən mənə stimul verirsən.
Ayağım yüngüldü. Samir məni yaxşı tanıyır. İş quranda da etibar,
inam, insanı tanımaq önəmli məsələlərdir".