Əlaqə Arxiv
news Image
2014.10.31
10:46
| A A A
“Dünyaya gələndə çəkim hamını şoka salıb”- Humay

Tarzən və müğənni Humay Qədimova əksər həmkarlarından fərqli olaraq arıqlamaq niyyətində deyil.

Əksinə, bir qədər kilo almaq niyyətindədir.

Movqe.az-a bu barədə danışan Humay formada qalmasının səbəbini də açıqladı:

"Əslində, mənim arıq qalmağımın dərin səbəbləri yoxdur. Sadəcə, iştaham azdır. Gün ərzində lap beş dəfə yeyə bilərəm, amma çox az qida qəbul edirəm. Dünyaya gələndə çəkim hamını şoka salıb – 4 kilo 300 qram. Uşaqlığımda kilolu olmuşam. Amma yeniyetmə dövrümdə arıqlamağa başladım. Buna iş rejimim də təsir edir. Həm pedaqoq kimi çalışıram, həm də tədbirlərdə, çəkilişlərdə, el şənliklərində və s. iştirak edirəm. Bunların öhdəsindən gəlmək lazımdır. Eyni zamanda, tar alətində çalmaq fiziki güc tələb edir".

Humay xanım hazırda çəkisinin 48 kilo olduğunu bildirdi. Amma məqsədi onu 55 kiloya qədər artırmaqdır. Efirlər sənətçini çəkisindən artıq göstərsə də, o, artıracağı çəkidə kompleks hiss etməyəcəyini vurğuladı.


Sizin Reklam Yeriniz