Əlaqə Arxiv
news Image
2014.11.03
11:12
| A A A
Tanınmış müğənninin ad günüdə əlbəyaxa dava düşdü - FOTOLAR
Müğənni Arzu Mələk özünə təmtəraqlı ad günü keçirib. Paytaxt restoranlarının birində baş tutan gecəyə bir çox tanınmışlar dəvət olunub. Mövqe.az xəbər verir ki, mərasimdə xalq artisti Flora Kərimova, əməkdar artist Cavanşir Məmmədov, Teymur Mustafayev, aktyor Fizuli Hüseynov, Təranə- Musa cütlüyü, Manaf Ağayev, aşıq Namiq Fərhadoğlu, aktyor Elməddin Cəfərov  və başqaları iştirak edib. 

Üç qız anası olan Arzu Mələk Mövqe.az-ın əməkdaşı ilə danışan zaman bildirib ki, həyatında heç vaxt ağ gəlinlik geyməyib. Ona görə də bu xoş günündə geyim olaraq məhz ağ gəlinliyə üstünlük verib. 

Gecə nə qədər xoş, şən davam etsə də sonda dava düşüb. Belə ki, mərasimdə Musa Musayevlə Nazəninin prodüseri Pərviz arasında əlbəyaxa dava düşüb. 


Gecə zamanı çəkilən fotoları Mövqe.az sizə təqdim edir: 









Sizin Reklam Yeriniz