Əlaqə Arxiv
news Image
2014.11.04
13:43
| A A A
Ülviradan etiraf: " Həyat yoldaşım mənə əl qaldırıb" - ÖZƏL
Ülvira : "Ataya cavab vermək olmur, amma yoldaşın səni döyürsə buna göz yummamalısan"

Aparıcı Ülvira Qarayeva sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilən, eləcə də müxtəlif şayələrə səbəb olan fotosu ilə bağlı eksklüziv olaraq Mövqe.az-a açıqlama verib. Sifətində qancır izinin əks olunduğu, böyük səs-küyə səbəb olan şəklin, qadın zorakılığı qurbanlarına bir dəstək olaraq edilmiş qrim olduğunu bildirib. Özünün ailədə zorakılığa məruz qaldığını etiraf edən aparıcı bununla bağlı Mövqe.az-a şok açıqlamalar verib: "Əslində bu foto heç də mənim döyüldüyümü, şiddətə məruz qaldığımı əks etdirmir. Mən bunu "Evdəyik" verlişimdə müzakirəyə çıxaracağım qadın zorakılığına həsr olunan mövzunu  aktuallaşdırmaq, ictimaiyyətin diqqətini bu həsas mövzuya çəkmək üçün ideya kimi fikirləşmişəm. Belə qərara gəldik ki, təkcə aparıcı olaraq mən yox, verlişə qonaq çağırdıqlarım şəxslər də zorakılığa qarşı təbliğat aparmaq üçün bu cür qrimlənsin. Bu yaxınlarda bloger Şəfiqə Fərzəliyeva şiddətə qarşı aksiya keçirib. Düşündüm ki, biz məşhurlar da həmin xanımın bu addımını yüksək qiymətləndirməliyik. Həqiqətən də bu gün Azərbaycanda, əsasən də bölgələrimizdə elə qadınlar var ki, onlara hədsiz zülm olunur. Həmin qadınlar da səslərini çıxartmırlar, sadəcə susub, otururlar. Amma mən, həmin qadınlara məsləhət görərdim ki, qətiyyən susmasınlar, dözməsinlər. Şiddətə, təzyiqə dözmək olmaz. Buna görə də bir günlük olsa belə özümüzü həmin qadınların yerinə qoyaraq, cəmiyyətin diqqətini onlara yönəltməyə çalışdıq".


"Bəs özünüz necə, bir qadın kimi şiddətə məruz qalmısınızmı" sualımıza aparıcı belə cavab verib: "Bəli,  etiraf edirəm, mən də təzyiqə məruz qalmışam, döyülmüşəm. Ona görə də bu şeyi hamıdan yaxşı bilirəm. Əvvəl atam sərt tərbiyə metodlarından istifadə edirdi. Sonra isə həyat yoldaşım da mənə əl qaldırıb. Amma həyat yoldaşımın cavabını  layiqincə vermişdim. Sadəcə onu deyim ki, qadın şiddətə məruz qalırsa dözməsin, özü cavabını verə bilirsə versin, verə bilmirsə bunun üçün hüquq mühafizə orqanları var. Düzdü, ataya cavab vermək olmur, amma yoldaşın səni döyürsə buna göz yummamalısan".


Sizin Reklam Yeriniz