Əlaqə Arxiv
news Image
2014.11.04
12:43
| A A A
Azərbaycanlı müğənni tərəf müqabili ilə eşqindən danışdı

Müğənni Vüsalə Rəcovanın "Sevməyi öyrədim" klipində tərəf müqabili ilə olan sevgi münasibəti həyatda alovlanıb. Cütlüyün iki həftə öncə sözügedən klipin təqdimatı zamanı gözdən qaçmayan səmimi münasibətinin arxasında sevgi hisslərinin dayandığı bəlli olub. Bunu hər iki tərəf  Movqe.az-a təsdiqləyib. V.Rəcovanın tərəf müqabili Qafur bəy klipdə etdiyi xəyanətin həyatda əsla təkrarlanmayacağını bildirib.

Qafur bəyin sevgisinə qarşılıq göstərən sənətçi xanım da etiraf etdi.

"Təqdimatda mənə sevdiyim ag güllər gətirdi. Üzərində daşlarla adımın baş hərifi həkk olunmuşdu. O, hisslərini aşkar etdi. Atdığı hər addımda sevgi var və onunla olan dostluğum artıq sevgiyə çevrildi" – deyən Vüsalə xanım həyatda qıcqanc olduğunu gizlətmədi. Klipdə xəyanəti bağışlayan sənətçi həyatda bu addımı ata bilməyəcəyini etiraf etdi.

Sizin Reklam Yeriniz