Əlaqə Arxiv
news Image
2014.11.04
15:45
| A A A
“Böyük sevgi ilə ailə qurmuşdum”

Muğam ifaçısı Mətanət Əsədova "Bu saat" verilişinin "Hər şeyə stop" rubrikasının qonağı olub. 

Axşam.az-ın məlumatına görə, ifaçı küsülü olduğu əməkdar artist Zöhrə Abdullayeva və müğənni Könül Kərimovadan bəhs edib:

"Zöhrə xanım haqqında heç nə deyə bilmərəm. Məndən yaşca böyükdür. Haqqımda nə deyibsə, Allah canını sağ eləsin. Məndən onun ünvanına pis söz gözləməyin. Könül Kərimovanı da çox istəyirəm. Aramızda ciddi problem olmayıb. Məni verilişinə dəvət etmir. Canı sağ olsun. Heç gözləmirəm də. Sənətə gəlməyimdə Könül xanımın və Məhəbbət Kazımovun rolu böyük olub, bunu danmaram. Özümdən razı deyiləm. Sadəcə, səsimə güvənirəm. Şou-biznesdə Mətanətlər çoxdur, amma Mətanət Əsədova yoxdur".

M.Əsədova ailə qurmasından da bəhs edib:

"Mən yalançı toy etməmişəm. Allah şahiddir ki, sevgi ilə ərə getdim. Təmənnasız ailə qurdum. Amma əfsuslar olsun ki, uzun sürmədi. Burda mənim günahım yoxdur"

Sizin Reklam Yeriniz