Əlaqə Arxiv
news Image
2014.11.04
18:05
| A A A
Hafiz Hacıyevdən Nazənin-Təranə biabırçılığına SƏRT SÖZLƏR

"Azərbaycan televiziyalarında şou proqramlara baxanda adamın əti tökülür. Evdə, ailənin, uşağın üzünə də baxmaq olmur. Bütün bu hallar milli mentalitetimizə zidd olan əməllərdir"

Milli.Az-ın məlumatına görə, bu fikirləri aktual.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yerli telekanallardakı vəziyyətlə bağlı açıqlamasında deyib. O, qeyd edib ki, efirə yararsız proqramlar yığışdırılmalıdır: 


"Biri çıxıb deyir, filankəs mənim ərimlə yatıb. Ayıbdır. Belə tərbiyəsizlik olarmı? Bu hallar yolverilməzdir. Özlərini gedib başqa yerlərdə reklam etsinlər. Bunların hamısı efirə özlərini reklam edib, tanıtmağa gələn insanlardır. Mən partiya sədri olaraq Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlidən xahiş edirəm, televiziya rəhbərlərinə desin ki, belə proqramları efirlərindən yığışdırsınlar". 

Partiya sədri qeyd edib ki, telekanal rəhbərləri bu barədə ciddi düşünməlidirlər:


"Xalqı maarifləndirən verilişlərə geniş yer ayrılmalıdır. Söz azadlığı, demokratiya o demək deyil ki, hərə efirdə ağzına gələni danışmalıdır. Bizim bəzi televiziyalarda olan biabırçılıq heç Avropa kanallarında da yoxdur. Televiziya rəhbərlərinə ciddi göstəriş verilməldir ki, efirə çağırılan insanlara nəzarət etsinlər".

Sizin Reklam Yeriniz